Ukraynalı politoloq Vladimir Kornilov Kiyevdəki hökumət əleyhinə baş tutan iğtişaşlarda həlak olan "qurban"ın əli avtomatlı fotolarını sosial şəbəkələrdə paylaşıb. ANN.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, ukraynalı məşhur politoloq Kiyevdəki iğtişaşlar zamanı ölən ilk nümayişçinin fotolarını "Facebook"da paylaşıb. - Bu "sülpərvər" şəxs bu gün (22 yanvar) "Avromaydan"da ölən Sergey Niqoyandır. Bu şəkil hər yerdən silinməmişdən əvvəl, onu hər ehtimala qarşı paylaşıram, - Kornilov fotoya yazdığı şərhdə bildirib. Qeyd edək ki, 22 yaşlı erməni bu gün "Dinamo" stadionun kolonnadasından yıxılaraq ölüb. Həmin stadionda polislə nümayişçilər arasında qanlı toqquşma olub, nümayişçilər polisə "Molotov kokteyli" atıb. Həmin vaxt Niqoyan hündürlükdən yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !