Baş prokurorluğun müraciəti təmin edildi.
Kiyev məhkəməsi Ukraynanın Baş prokurorluğunun keçmiş baş naziri Nikolay Azarovun həbs olunması ilə bağlı müraciətini təmin edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
"Məhkəmə tərəfindən N.Azarova qarşı həbs qəti imkan tədbirinin seçilməsi barədə müraciətini təmin edib”, - məlumatda deyilir.
Qeyd edək ki, Azarov 2010-cu ilin martından 2014-cü ilin yanvarına qədər Ukraynanın baş naziri olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !