Kiyev meri: "Putin Kiyevi 3 saata alar"

19:13 | 29.01.2015
Kiyev meri:

Kiyev meri: "Putin Kiyevi 3 saata alar"

Kiyev meri Vitali Kliçko şəhərin Kreşatik prospektində keçirilən mitinqdə Vladimir Putinin şəhəri 3 saata ala biləcəyini bildirib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sosial müavinətlərin azaldılmasının əleyhinə keçirilən mitinqdə etirazçıları sakitləşdirmək istəyən Kliçko nümayiş iştirakçılarını heyrətləndirib: "Kiyevi tutmaq üçün Putinə neçə saat lazımdır? Deyirlər üç saat, altı-yeddi saat", - deyə Kiyev meri bildirib.

Kliçko əlavə edib: "Amma o, bunu etməməlidir. Bəzi qüvvələr var…". Sonra isə o, qəfildən səsini kəsib.

Kliçkonun çıxışı sosial şəbəkələrə yerləşdirildikdən sonra ciddi şərhlərə səbəb olub. Bəziləri onun dövlət sirrini açdığını ehtimal edib, bəziləri isə Kliçkonun Kiyevi 7 saata Putinə verməyə hazırlaşdığını vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM