Kiyev rus qazını istəmədi

15:59 | 01.04.2015
Kiyev rus qazını istəmədi

Kiyev rus qazını istəmədi

Ukrayna Rusiyadan təbii qaz alınmasını dayandırıb. Biz hazırda Rusiyadan təbii qaz almırıq. Amma əgər qazın hər 1000 kubmetri 250 dollar olsa, bunu yenidən bərpa edə bilərik.”

ANS PRESS-in məlumatına görə, bunu Ukraynanın energetika naziri Vlodimir Demçyşin bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, Rusiyanın bu qiymətlə razılaşacağı barədə bir söz demək çətindir. Ancaq Avropadan qaz idxalının artırılması Rusiyada qazın qiymətini salmaq fikri yarada bilər. 

"Qazprom" Ukraynanın bu ilin ilk rübündə qazın 1000 kubmetrini 329 dollardan alacağını açıqlayıb: "Bu barədə Avropa İttifaqının vasitəçiliyi ilə ötən ilin oktyabrında razılaşma əldə olunub."

Xatırladaq ki, Moskvanın Krımı işğal etməsi və ölkənin şərqindəki rusiyapərəst qüvvələri dəstəkləməsi qaza görə iki ölkə arasında mübahisəni daha da dərinləşdirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM