Kiyevdə 30 jurnalist yaralanıb

13:13 | 21.01.2014
Kiyevdə 30 jurnalist yaralanıb

Kiyevdə 30 jurnalist yaralanıb

Yanvarın 19-dan Kiyevdəki Qruşevski küçəsində mitinq keçirənlərlə güc strukturlarının qüvvələri arasında baş verən qarşıdurmada xəsarət alan jurnalistlərin sayı artıq 30-a çatıb.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, onların arasında Rusiyanın REN TV kanalının “Novosti 24” proqramının müxbiri Stanislav Qriqoryev də var. Bundan əvvəl isə “Kanal 5”in operatoru, eləcə də ICTV-nin operatorları, “Komsomolskij pravda” qəzetinin foto müxbiri rezin güllədən yaralanıblar. Rezin güllə “Ukrainski tijden” jurnalını təmsil edən Roman Malkonun sifətini yaralayıb. Qarşıdurmada xəsarət alan jurnalistlərin siyahısını Ukraynanın Kütləvi İnformasiya İnstitutu tez-tez yeniləyir. Həmin institutun məlumatına görə, yanvarın 19-da ilk xəsarət alan Rusiyanın “Novaya qazeta”nın foto müxbiri Yevgeni Feldman olub. Xəsarət alanlar arasında “Vesti”, “Spilno.tv”, “Azadlıq Radiosu”, “1+1” telekanalının, “Qolos Ukrainı” nəşrinin və digər KİV-lərin nümayəndələri olıublar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM