Kiyevdə beşmərtəbəli binada partlayış olub,ölənlər var

22:50 | 30.03.2024
Kiyevdə beşmərtəbəli binada partlayış olub,ölənlər var

Kiyevdə beşmərtəbəli binada partlayış olub,ölənlər var

Ukraynanın Kiyev vilayətinin Bila Serkva şəhərində beşmərtəbəli binadakı mənzillərdən birində sonradan yanğınla müşayiət olunan partlayış baş verib.Bu barədə Ukraynanın Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti bildirib.

Məlumata görə, binanın 2-ci mərtəbədən 5-ci mərtəbəsinədək dəmir-beton örtüyü çöküb.
 
"19:45-ə (Bakı vaxtı ilə 21:45 – red.) olan vəziyyətə görə naməlum maddənin partlaması nəticəsində ölənlərin sayı 2-yə yüksəlib (binanın üçüncü mərtəbəsində insan qalıqları aşkarlanıb)”.

Hadisə yerli vaxtla saat 15:00 radələrində olub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM