Kiyevdə “Eurovision-2013” uşaq mahnı müsabiqəsinin püşkü atıldı

22:20 | 27.11.2013
Kiyevdə “Eurovision-2013” uşaq mahnı müsabiqəsinin püşkü atıldı

Kiyevdə “Eurovision-2013” uşaq mahnı müsabiqəsinin püşkü atıldı

Kiyevdə “Eurovision-2013” uşaq mahnı müsabiqəsinin püşkatma mərasimi keçirilib.

 

APA-nın Ukrayna KİV-inə istinadən verdiyi xəbərə görə, Azərbaycanı təmsil edən 10 yaşlı Rüstəm Kərimov səhnəyə ikinci çıxacaq.

 

Populyar mahnı müsabiqəsinin püşkatma mərasimində “Eurovision” iki ukraynalı qalibi iştirak edib - Nastya Petrik (uşaq müsabiqəsi) və Ruslana (böyüklər arasında).

 

Ruslana Sonuncu uşaqlarla birgə açıq məşq keçirib.

 

Qeyd edək ki, püşkatma zamanı nömrələri ölkə nümayəndələri deyil, iştirakçıların özləri çıxarıblar. Çıxışların sıra ardıcıllığı isə belədir: İsveç, Azərbaycan, Ermənistan, San-Marino, Makedoniya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Hollandiya, Malta.

 

Qeyd edək ki, “Eurovision-2013” uşaq mahnı müsabiqəsi noyabrın 30-da keçiriləcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM