Ukraynanın paytaxtı Kiyevdə baş verən iğtişaşlar zamanı ölənlərin sayı 75-ə çatıb, tibbi yardım üçün 570-dən çox insan müraciət edib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Məlumata görə, ümumilikdə, tibbi yardımın alınması üçün 571 yaralı müraciət edib, onlardan 363-ü xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, 76 yaralının vəziyyəti ağırdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !