Kiyevdə etirazçılar və asayiş keşikçiləri arasında baş vermiş toqquşmalarda ölənlərin sayı 9-a çatıb.Ölənlərdən 7-si mülki şəxs, 2-si isə milis əməkdaşıdır. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Kiyev milisinin mətbuat xidmətindən bildirilib. “Bir nəfər Regionlar Partiyasının ofisində tüstüsən boğularaq ölüb, daha 3 nəfərin cəsədi Zabitlər Evində (2-si güllə yarasından, biri isə yol-nəqliyyat qəzası nəticəsində ölüb) aşkarlanıb, bir nəfər güllə yarasından Mazepa küçəsində “təcili yardım” maşınında ölüb, daha 2 nəfər isə İnstitutski küçəsində ürəktutmasından keçinib”, deyə Kiyev milisinin mətbuat xidmətindən bildirilib. Bundan başqa, güllə yarasından 2 milis əməkdaşı həlak olub (onlardan biri “təcili yardım” maşınında, digəri isə xəstəxanada keçinib).
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !