Kiyevdə jurnalist öldürülüb

10:23 | 19.02.2014
Kiyevdə jurnalist öldürülüb

Kiyevdə jurnalist öldürülüb

Ukraynanın “Vesti” qəzetinin əməkdaşı Vyaçeslav Veremiy fevralın 19-da odlu silahdan açılan atəş nəticəsində yaralanıb və xəstəxanada vəfat edib.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, fevralın 18-də silahlı şəxslər Vyaçeslav Veremiy və həmkarı Aleksey Lımarenkonun mindiyi taksiyə hücum ediblər. Kaska, maska və kamuflyaj geyinmiş kişilər işıqforda dayanmış avtomobilə “Molotov kokteyli” atdıqdan sonra onun içindəki adamları döyməyə başlayıblar. Sinəsindən güllə yarası alan jurnalist ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, son bir sutka ərzində Kiyevdə 27 jurnalist xəsarət alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti