Bu gün Ukraynanın paytaxtı Kiyevdə baş verən toqquşmalarda 7 nəfər ölüb, onlardan 2-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi açıqlama yayıb. Fevralın 20-də tibbi yardım üçün 60 nəfər müraciət edib, onlardan 5-i ağır vəziyyətdədir.
Toqquşmaların başladığı 18 fevral tarixindən bu saatlaradək ölənlərin sayı 35-ə çatıb, onlardan 9-u tibbi məntəqələrində dünyasını dəyişib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !