Kiyevdə polis əməkdaşları etirazçılara atəş açıb: yaralananlar var

15:24 | 18.02.2014
Kiyevdə polis əməkdaşları etirazçılara atəş açıb: yaralananlar var

Kiyevdə polis əməkdaşları etirazçılara atəş açıb: yaralananlar var

 Kiyevdə Ali Radanın binası önündə toqquşma zamanı 10 nəfər etirazçı yaralanıb.APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, atılmış işıq-səs qumbarası aksiya iştirakçılarının birinin qolunu qoparıb. Toqquşma zamanı xəsarət alanların əksəriyyəti başından yaralanıb.  Yerli mətbuat həmçinin hakim Regionlar Partiyasının mənzil-qərargahında şüşələrin sındırıldığı barədə məlumat yayıb. Məlum olub ki, etirazçılar binaya daş parçaları və “Molotov kokteyli” atırlar. Binada yanğının baş verdiyi bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti