Rusiya prezidenti Vladimir Putin G20 sammitində iştirak edəcəyi təqdirdə o həbs edilməlidir. Bunu Ukraynanın baş prokuroru Andrey Kostin Reuters-ə müsahibəsində deyib.
Baş prokuror Putinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyətin birləşməsinin vacibliyini vurğulayıb.
Ukrayna hesab edir ki, Braziliya Roma Statusu və Beynəlxalq Cinayət Məhkəməsi üzrə öhdəliklərini yerinə yetirməlidir.
Bundan əvvəl Ukrayna Monqolustan və Türkmənistana Vladimir Putinin həbsi tələbi ilə müraciət edib.
Eyni zamanda, Kreml dəfələrlə bəyan edib ki, Moskva Rusiya prezidentinin həbsi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarını heç nə hesab edir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !