Azərbaycandan tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan "Scania” markalı "AT1682CI/AT0023XT” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tədbiq edilib.
Nəticədə standart ölçülü plastik yeşiklərin 100 ədədində "örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılmış "badımcanların” altında, hər yeşikdə 2 ədəd olmaqla, ümumilikdə 200 ədəd yastı - düzbucaqlı formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !