Kök məmurların işdən çıxarılması təklif olundu

14:24 | 21.01.2014
Kök məmurların işdən çıxarılması təklif olundu

Kök məmurların işdən çıxarılması təklif olundu

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski çəkisi 80 kiloqramı keçən dövlət məmurlarının və deputatların vəzifədən və mandatdan məhrum edilməsi təklifi ilə çıxış edib. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, təşəbbüsünü şərh edən deputatın fikrincə, bütün dünyada, siyasi liderlər də daxil olmaqla hazırda artıq çəki ilə mübarizə aparılır. Məsələn, Böyük Britaniyanın baş naziri Devid Kemeron bir günü şəkərsiz elan edib, o qazlı içki qəbul etmir: “Elə kişi var ki, tezliklə 50 yaşı olacaq, amma hələ də qazlı içki içir, konfet yeyir”. Onun sözlərinə görə, şəkər, duz, çay və kofe sağlamlığa ziyandır.RLDP lideri 2013-cü ildən öz partiyasında sağlam həyat tərzi standartları tətbiq etməyə başlayıb. Fevral ayında tütün məmulatları əleyhinə qəbul olunan qanundan sonra siqaret çəkən liberal-demokratları partiyadan qovacağı ilə hədələyib. Deputata noyabr ayında isə elan edib ki, ət qəbul etməkdən imtina edib və partiyadakı həmkarlarının da vegeterianlığa gedən yola cəlb edəcək. 2014-cü ilin əvvəllərində isə RLDP lideri partiyadaşlarına ildə 3-4 dəfə intim münasibətdə olmağı tələb edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM