WBA, WBO və İBF versiyalarında superağır çəki dərəcəsində boks üzrə çempion, 37 yaşlı ukraynalı Vladimir Kliçkonun və onun tituluna iddia edən 34 yaşlı avstraliyalı Aleks Leapainin komandaları bu iki idmançı arasında döyüş keçirilməsi barədə razılığa gəlinib.
Leapai noyabr ayında rusiyalı boksçu Denis Boytsova qalib gəlib. Boytsov peşəkar rinqdə ilk dəfə məğlubiyyətə uğrayıb, Leapai isə ukraynalı çempionla titul döyüşü aparmağa zəruri namizəd olub.
WBO prezidenti Fransisko Valkarsel Twitter sosial şəbəkəsindəki mikrobloqunda apreldəki görüş haqqında yazıb.
Peşəkar rinqdə 30 qələbə qazanmış (onlardan 24-ü nokautla) Leapai dörd görüşdə məğlub olmuş, üç döyüş isə heç-heçə başa çatıb. Kliçko qardaşlarının kiçiyi Vladimir 61 döyüşdə qələbə qazanıb (52 döyüşdə vaxtından əvvəl) və üç dəfə məğlubiyyətə uğrayıb (hamısı nokautla).
ANS PRESS