Kliçko prezidentlə danışığa başlayır

09:49 | 21.01.2014
Kliçko prezidentlə danışığa başlayır

Kliçko prezidentlə danışığa başlayır

“Udar” partiyasının lideri Vitaliy Kliçko bu gün prezident Yanukoviçlə danışıqlar aparmağa gedəcək. ANS PRESS Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kliçko özü Kiyevin “Avromaydan”ındakı brifinqində bildirib.O, Yanukoviçin ona vəziyyəti yoluna qoyacağı haqqında söz verdiyini deyib. Amma, yerinə yetriməyib. Buna görə də, “Udar” partiyasının lideri xüsusilə, müxalifətin bu gün irəli sürdüyü 5 tələbini yerinə yetirməsinə cavab almaq üçün yenidən prezidentin yanına gedəcək.Bundan başqa, Kliçko bildirib ki, onda olan məlumata görə, “Berkut” döyüşçüləri ya bugün ya da sabah Qruşevski küçəsindəki aksiyanı dağıtmağı planlaşdırır. Buna görə də, siyasətçi güc əməliyyatında iştirak etməyən hərkəsi Mayadana getməyə çağırır.Kliçko qeyd edib ki, münaqişənin güc yolu ilə həlli qəbuledilməzdir. Ancaq, aksiyaçılara güc hələ lazım olacaq- 2015-ci il seçkilərinə görə.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM