Kliçko Ukraynanı ümumi səfərbərliyə çağırıb

21:35 | 01.03.2014
Kliçko Ukraynanı ümumi səfərbərliyə çağırıb

Kliçko Ukraynanı ümumi səfərbərliyə çağırıb

“Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə saziş qüvvədən salınmalıdır” "UDAR"ın lideri Vitali Kliçko Rusiyanın hərbi təcavüzü ilə bağlı Ukraynada ümumi səfərbərlik elan edilməsinə çağırıb.ANS PRESS-in məlumatına görə, "UDAR" partiyasının lideri həm də ölkə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova müraciət edərək hərbi təcavüzlə bağlı təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə ərizə ilə müraciət etməyi təklif edib.Həmçinin, Kliçko Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin qüvvədən salınmasını müzakirə etməyi vacib sayıb. "UDAR"ın lideri əmindir ki, rəsmi Kiyev Budapeşt memorandumunun təmin edilməsi üçün Ukraynanın zamin dövlətlərə müraciət edilməsinin də tərəfdarıdır.Qeyd edək ki, bir az öncə Rusiyanın Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərar çıxarıb. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM