Klinton ABŞ-ı "ağıllı olmağa" səsləyib

14:00 | 05.07.2015
Klinton ABŞ-ı

Klinton ABŞ-ı "ağıllı olmağa" səsləyib

ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizədlərdən biri olan Hillari Klinton ABŞ-ı "ağıllı olmağa" səsləyib. 

ANS PRESS-in məlumatına görə, o, bunu keçən şənbə günü - iyulun 4-dəki çıxışı zamanı bildirib. "Biz Putin və onun ambisiyaları ilə münasibətdə əvvəlkindən daha ağıllı olmalıyıq. O, adi adam deyil... Amma mən düşünmürəm ki, daimi qarşılıqlı əlaqə üçün hər hansı alternativ var", - deyə Klinton bildirib.

Hillari Klinton iyunun 13-də Nyu-Yorkdakı çıxışı zamanı isə amerikalıları Rusiya, KXDR (Koreya Xalq Demokratik Respublikası) və İrandan gələn "ənənəvi təhlükələrdən" qoruyacağına söz verib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM