Şimal buzlu okean şelfində qazıntı aparmaq qadağandır, bu ətraf mühitin çirklənməsinə səbəb ola bilər.
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Arktikada Arktikada neft və qaz hasilatına qarşı çıxıb.
ANS PRESS-in məlumatına görə, Klinton Twitter-də öz mikrobloqunda bildirib ki, Arktika unikal xəzinədir, amma Şimal buzlu okeanının şelfində qazıntı aparmaq qadağandır, çünki bu ətraf mühitin çirklənməsinə səbəb ola bilər.
Daha əvvəl Ağ Ev Royal Dutch Shell şirkətinə neftin və qazın axtarışı məqsədi ilə Arktikada qazma işlərini keçirməyə icazə verilmişdi. Ölkənin təbii resurslarını idarə edən ABŞ-ın Daxili İşlər Nazirliyi həmin şirkətə Alyaskanın şelfində və Çukot dənizində yataqların axtarışına başlamaq üçün imkan yaratdı.
Mütəxəssislərin fikrincə, həmin rayonda böyük neft yatağı tapmaq olar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !