Klublararası DÇ-nin püşkü atıldı

20:47 | 29.11.2021
Klublararası DÇ-nin püşkü atıldı

Klublararası DÇ-nin püşkü atıldı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən futbol üzrə klublararası dünya çempionatının yarımfinalında İngiltərə "Çelsi”sinin mümkün rəqibi məlum olub.

"Qafqazinfo” xəbər verir ki, bu gün İsveçrənin Sürix şəhərində turnirin püşkatma mərasimi keçirilib.

Ötən mövsüm Çempionlar Liqasının qalibi olan "Çelsi" yarımfinalda "Əl Hilal" (Səudiyyə Ərəbistanı) matçının qalibi ilə "Oklend Siti" (Yeni Zelandiya) – "Əl-Cəzirə” matçından sonra müəyyənləşəcək rəqiblə qarşılaşacaq.

Digər yarımfinalda Libertadores kubokunun qalibi "Palmeyras" isə "Əl Əhli" (Misir) – "Monterrey” (Meksika) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

Klublararası dünya çempionatı 2022-ci il fevralın 3-dən 12-dək BƏƏ-də keçiriləcək.

Qeyd edək ki, turnir Yaponiyada keçirilməli idi, lakin sentyabr ayında ölkə koronavirusun yayılması səbəbindən yarışı keçirməkdən imtina etdi.

Daha sonra Cənubi Afrikadan olanların çox hissəsinin peyvənd edilməsi zərurəti ilə əlaqədar turnirə ev sahibliyi etməkdən imtina edib.

Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi "Bavariya" olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM