Klublararası dünya çempionatının vaxtı açıqlandı

12:53 | 29.11.2021
Klublararası dünya çempionatının vaxtı açıqlandı

Klublararası dünya çempionatının vaxtı açıqlandı

2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi müəyyənləşib.

FIFA-nın rəsmi saytında xəbər verilir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək. Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Dünya çempionatında 7 iştirakçısı olacaq. Bunlar Səudiyyə Ərəbistanının "Əl-Hilal", Meksikanın "Monterrey", Yeni Zelandiyanın "Oklend Siti", BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandalarıdır.
Hazırkı klublararası mundial bu ilin dekabrında Yaponiyada keçirilməli idi. Lakin ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yarışın təşkilatçılığından imtina edib.

Ötən ildən təxirə salınmış dünya çempionatının qalibi Almaniya "Bavariya"sı olub. Həmin yarış Qətərdə olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb