Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, çağırış üzrə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə eyvandan daxil olaraq 2021-ci təvəllüdlü azyaşlını xilas ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !