Könül Mehdiyeva "Roma"nın oyununa təyinat aldı

22:00 | 19.09.2022
Könül Mehdiyeva

Könül Mehdiyeva "Roma"nın oyununa təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Mehdiyeva qadınlar arasında Çexiyada "Sparta" (Praqa) və İtaliyanın "Roma" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda UEFA nümayəndəsi olacaq.

Sentyabrın 21-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM