Tanınmış teleaparıcı Azər Qərib Mətanət Əsədovanın ad günündə xalq artisti Könül Xasıyevaya verilən pullarla bağlı yayılan videoya münasibət bildirib.
Anews.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə Feysbuk hesabında yazıb.
"İnsanlar var ki, xeyriyyəçiliyə milyonlar xərcləyirlər. Bir şərtlə ki, adları heç yerdə qeyd olunmasın, "inkoqnito" qaydasında. Bunlar isə... Özlərini kişi adlandıranlar da var orada, özünü xanım adlandıran da. Azərbaycanın muğam sənətinin parlaq nümayəndələrindən olan Könül Xasıyevanı belə alçaltmaq?!
Bu video cəmiyətimizin ümumi mədəni səviyyəsini nümayiş etdirir.
Səviyyəsizlərin səviyyə formalaşdırmaq cəhdləri... Könül Xasıyeva bunların ümidinə qalmamalıdır" deyə, Qərib iradını söyləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !