Xalq artisti Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.
BAKU.WS-in məlumatına görə, buna səbəb oğlu Kazımın səhhəti olub.
"Şou ATV" verilişində qonaq olan K. Xasıyeva bunları deyib:
"Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. O üzdən mən bizim çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay müəllimdən xahiş edirəm".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !