Kobanidə döyüşən iraqlı kürd peşmərgə qüvvələrinin komandanı Şövkət Mizuri şəhərin 90 faizini "İslam Dövləti” (İŞİD) qruplaşmasından azad etdiklərini bildirib. APA-nın "Vatan” qəzetinin saytına istinadən verdiyi məlumata görə, yerli kürd qruplaşması YPG və peşmərgə qüvvələri tərəfindən bu gün İzaa məhəlləsinin də təmizləndiyini deyib. O qeyd edib ki, şəhərin çox az hissəsi "İŞİD”in əlində qalıb, həmin ərazilər də bir neçə gün içində azad ediləcək.
Xatırladaq ki, Kobanidə artıq 4 aydır "İŞİD” və kürd silahlı birləşmələri arasında döyüşlər gedir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !