ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, qarşıdurmalarda bir çox millətə mənsub insanlar döyüşür. İŞİD tərəfdən başda Avropa ölkələri olmaqla bir çox ölkədən insanlar qoşulub. Çox sayda Qərbli gənc də son dövrdə YPG sıralarına qatılıb. Kürd qüvvələrinin arasında İŞİD-ə qarşı döyüşənlər arasında keçmiş İsrail, ABŞ və İngiltərə əsgərləri də iştirak edir.
Türkiyənin Şərq və Cənub-Şərqi bölgələrində yaşayan kürd gənclərlə yanaşı ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Yunanıstan, Əlcəzair, Kanada, İsrail və Avstriya kimi ölkələrdən 50-dən çox Qərb gənc də YPG tərəflərində döyüşür. Buna görə də Kobanidəki döyüşdə səngərlərdə ərəb, kürd, türk, ingilis və alman dialoqları qurulur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !