• $
  • €
  • ₽
  • ₺
  • £

KOBİA və BP əməkdaşlığa başlayır

KOBİA və BP əməkdaşlığa başlayır
13.03.2023 19:00
Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

"Bakı KOB evi"ndə keçirilmiş tədbirdə qeyd edilib ki, memorandum çərçivəsində tərəflər sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələr üzrə əməkdaşlıq edəcək.

Orxan Məmmədov bildirib ki, KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və təşkilatlarla birgə layihələr həyata keçirir. Onun sözlərinə görə, BP ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr də regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcək: "Bu əməkdaşlıq çərçivəsi həm də təcrübə kimi digər layihələrin icrasında istifadə oluna bilər. İnanırıq ki, bp ilə birgə əməkdaşlığımız kiçik və orta sahibkarlığın inkişafına, onların fəaliyyətinin genişlənməsinə öz əhəmiyyətli töfhəsini verəcək".


Bəxtiyar Aslanbəyli isə bildirib ki, yeni anlaşma memorandumu imzalamaqla yerli bizneslərin inkişafını dəstəkləmək yönündə səylər davam etdiiriləcək: "Sahibkarlığın İnkişafı Proqramı layihəmiz yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda uğurlu olub. Həqiqətən də, bu proqram yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb. İndi isə biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə biz Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik. Yerli sahibkarlığın inkişafına sərmayə qoyaraq son 15 il ərzində əldə etdiyimiz nəticələrlə qürur duyur və inanırıq ki, bu sahədə dəstəyimizi davam etdirmək üçün irəlidə yeni və daha maraqlı imkanlar açılacaq".


Tədbir çərçivəsində KOBİA və BP-nin dəstəyi ilə birgə həyata keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədi daşıyır və Samux, Goranboy və Şəmkir rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlmləri uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək. Layihə "Kənd İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra olunacaq.


Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq. Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin təmirinə də dəstək göstəriləcək. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq.


Tədbirdə həmçinin "Ekvita" şirkətinin, "Kənd İnkişafına Dəstək" İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin nümayəndələri sözügedən layihələr barədə məlumat veriblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol