Türkiyənin informasiya texnologiyaları üzrə ən böyük şirkətlərindən biri "Koç Sistem” "Park İnn” hoteldə "Koç Sistem Texnologiya Workshop” bağlı təbir keçirib.
ANN.Az xəbər verir ki, tədbiri giriş sözü açan "Koç Sistem - Azərbaycan”ın rəhbəri Ali B.Kutvan şirkətin 70 illik fəaliyyətindən və bugünə qədər keçdiyi inkişaf yollarından danışıb. Daha sonra "Koç Sistem - Azərbaycan”ın satış müdiri Görkəm Göçən qurum haqqında məlumat verib. Onun sözlərinə görə, "Koç Sistem” "Koç Holding”in tərkib hissəsidir. Artıq 3 ildir Azərbaycanda fəaliyyət göstərir: "Ümumilikdə isə 70 ildir bu şirrkət yaradılıb və fəaliyyət göstərir. Bu illər ərzində çox partnyorlarımız olub".
Daha sonra G.Göçən "Koç Sistem - Azərbaycan”ın xidmət bölmələrinin fəaliyyətinə toxunub. Azərbaycanda bir çox şirkətlərlə əlaqələr qurduğunu deyən satış müdiri əlavə edib ki, ən çox "Azərfon", "İnteltek", "Topaz.az", "AzərSun", "Yapı Kredi Bank Azərbaycan" və bu kimi başqa şirkətlərlə geniş əlaqələr yaradılıb.
Tədbirdə daha sonra şirkətin rəhbər vəzifə sahibləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları, "Veysəloğlu” şirkətinin əməkdaşları və başqaları iştirak edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !