Qvatemala vətəndaşları gözlənilməz seçim ediblər – prezident seçkilərinin ikinci turunun yekunlarına görə ölkədə komik kimi məşhur olan Cimmi Morales liderlik edir.
Modern.az xarici mediaya istinadən bildirir ki, bülletenlərin 78 faizi hesablanandan sonra o 70,98 faiz səs toplayıb.
Moralesin əsas rəqibi Sandra Torres ona demək olar 50 faiz səslə uduzur. O, cəmisi 29 faiz səs toplaya bilib. Qeyd etmək lazımdır ki, 46 ayşlı Moralesin faktiki siyasi təcrübəsi yoxdur. O, ölkədə yumoristik proqramların müəllifi kimi məşhurdur.
Sandra Torres ölkənin birinci ledisi olub.
O, keçmiş prezident Alvaro Kolomomdan boşanıb. Çünki Qvatemala qanunlarına əsasən keçmiş prezidentlərin arvadları seçkilərdə namizədliklərini irəli sürə bilməzlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !