Komissiya sədri: “Rusiya terrorizmi dəstəkləyən ölkə kimi tanınmalıdır”

17:24 | 21.07.2014
Komissiya sədri: “Rusiya terrorizmi dəstəkləyən ölkə kimi tanınmalıdır”

Komissiya sədri: “Rusiya terrorizmi dəstəkləyən ölkə kimi tanınmalıdır”

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (Helsinki Komissiyası) Ukraynanın Luqansk və Donetsk vilayətlərində hakimiyyəti ələ keçirən rusiyameyilli qondarma “Luqansk Xalq Respublikası”nı (LXR) və “Donetsk Xalq Respublikası”nı (DXR) terror təşkilatı kimi tanınması təklifi ilə çıxış edib. 
AzNews.az-ın xəbərinə görə, yerli mediaya bu barədə məlumatı Komissiyanın sədri, senator Benjamin L. Cardin deyib. 
O, Rusiyanı qonşuları ilə münasibətdə, xüsusilə də Ukrayna hadisələrindəki mövqeyini sərt tənqid edib: “Rusiya Ukraynadakı terrorçuları ağır texnika, təchizat və insanla təmin etməyə davam edir. Bu texnikalar Rusiya sərhədindən Ukraynaya keçirilir. Əgər Rusiyanın iştirakı təsdiqlənsə, “Donetsk Xalq Respublikası” qruplaşmasının xarici terror təşkilatı, Rusiyanın isə terrorizmi dəstəkləyən və maliyyələşdirən dövlət kimi tanınmasına xüsusi diqqət ayrılmalıdır”. 
Senator Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulduğuna əminliyini bildirərək, hadisəni “dəhşətli cinayət” adlandırıb: “Bu Rusiyanın Ukraynada sübutedilməyən işğalının nəticəsində baş verib. Proses təxminən 5 ay əvvəl Krımın ilhaq edilməsi ilə başlayıb. Qondarma “xalq respublika”larının liderlərinin üçü Rusiya vətəndaşıdır. İkisi isə bir qədər də uzağa gedərək, Rusiya kəşfiyat qurumunun əməkdaşıdır”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM