Komitə iclasında 10 məsələ müzakirəyə çıxarıldı - SİYAHI

11:20 | 23.01.2023
Komitə iclasında 10 məsələ müzakirəyə çıxarıldı - SİYAHI

Komitə iclasında 10 məsələ müzakirəyə çıxarıldı - SİYAHI

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.
 
İclasın gündəliyinə 10 məsələ daxil edilib.
 
Bunlar aşağıdakılardır:
 
1. 2022-ci il payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat.
 
2. Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi.
 
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
4. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında”, "Tütün və tütün məmulatı haqqında”, "Banklar haqqında” və "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
5. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
6. Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
7. "Dini ekstremizmə qarşı mübarizə haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Hərbi vəziyyət haqqında”, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, "Məşğulluq haqqında”, "Hesablama Palatası haqqında”, "Uşaqların zərərli informasiyadan qorunması haqqında”, "Psixoloji yardım haqqında”, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və "Turizm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
8. "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Sərhəd mühafizə orqanları haqqında”, "Daxili qoşunların statusu haqqında”, "Rəsmi statistika haqqında”, "Həmkarlar ittifaqları haqqında”, "Haqsız rəqabət haqqında”, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, və "Xüsusi İqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
9. "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, "Sosial xidmət haqqında”, "Uşaqların icbari dispanserizasiyası haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "İctimai iştirakçılıq haqqında”, "Yaşıllıqların mühafizəsi haqqında”, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” və "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
 
10. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Yanğın təhlükəsizliyi haqqında”, "Müflisləşmə və iflas haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, "Mülki müdafiə haqqında”, "Qrant haqqında”, "Hidrometeorologiya fəaliyyəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb