Komitə sədri: Heç bir şirkətə “Halal” sertifikatı verilməyib

14:28 | 20.11.2013
Komitə sədri: Heç bir şirkətə “Halal” sertifikatı verilməyib

Komitə sədri: Heç bir şirkətə “Halal” sertifikatı verilməyib

İndiyədək heç bir şirkət “Halal” standartı sertifikatı almayıb.ANN.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.Onun sözlərinə görə, “Halal” standartı qəbul olunmasına baxmayaraq, bu standarta uyğun məhsul istehsalı ilə bağlı heç bir şirkət komitəyə müraciət etməyib:“Qafqaz Müsəlmanları İdarəsinin verdiyi sertifikat məhsulun hansı üsulla istehsalına aiddir. Amma bizdə başqa tələblər var. Hələlik biz bu standartla bağlı müəssisələrə sertifikat verməmişik.”R.Həsənov bildirib ki, Azərbaycanda müəyyən şirkətlər tərəfindən çörəyin paketlənməsi həyata keçirilir. Ancaq bunu müəssisələrdə kütləvi şəkildə tətbiq etmək çox çətindir.Bölgələrdə təndirdə bişirilən çörəyin paketlənib satılmasını məcbur etmək düzgün deyil. Əsasən böyük çörək zavodları bunu tədricən edirlər. Çörəyin paketlənməsi istiqamətində işlər davam edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti