Komitə sədri qanunsuz tikililərdən danışdı

15:52 | 09.12.2013
Komitə sədri qanunsuz tikililərdən danışdı

Komitə sədri qanunsuz tikililərdən danışdı

 Azərbaycanda qanunsuz tikililər, rəsmiləşdirilməmiş torpaq sahələri xəritəyə salına bilməz.«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov açıqlayıb.Onun sözlərinə görə, torpağın mülkiyyət formasından asılı olaraq, onun tabe olduğu qurumun rəsmi sərəncamı olmadan həmin ərazilər xəritəyə salınma bilməz. «Əgər bu torpaqlar dövlət torpaqlarıdırsa və icarəyə verilirsə, həmin rayonun İcra Hakimiyyətinin başçısı bununla bağlı sərəncam verməlidir. Əgər bələdiyyə torpaqlarıdırsa, həmin ərazinin bələdiyyəsinin sərəncamı olmalıdır. Rəsmi sənədi olmayan heç bir ərazi xəritəyə salınmır», - deyə Komitə sədri bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti