Komitə sədri “Tax Free” ilə bağlı vəd verdi

12:30 | 17.03.2017
Komitə sədri “Tax Free” ilə bağlı vəd verdi

Komitə sədri “Tax Free” ilə bağlı vəd verdi

"Tax Free” sistemi ölkəmizin turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığını təmin etmək və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini möhkəmləndirmək məqsədi daşıyır. 

Bu sistemin tətbiqinə ilkin olaraq beynəlxalq hava limanlarında başlanılıb. 

Ancaq bu tətbiqlə əlaqədar yaradılan işçi qrupu tərəfindən digər sərhəd-keçid məntəqələrində də müvafiq işlər görülür və qısa zamanda "Tax Free” sisteminin tətbiqi ölkəmizin bütün sərhəd-gömrük məntəqələrində həyata keçiriləcək”.

ANN.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. 

"Onu da qeyd edim ki, "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. 

Mövcud qaydaya uyğun olaraq elektron vergi hesab-faktura sistemi vasitəsilə portala daxil edilən aidiyyəti məlumatlar əsasında alıcı tərəfindən şəxsiyyətini təsdiq edən sənədi gömrük-sərhəd buraxılış məntəqəsində təqdim etməklə mallar üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq təsərrüfat subyekti tərəfindən həyata keçirilir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM