Komitədən dollarla kredit borcu olanlara cavab - RƏSMİ + FOTO

12:16 | 28.02.2015
Komitədən dollarla kredit borcu olanlara cavab - RƏSMİ + FOTO

Komitədən dollarla kredit borcu olanlara cavab - RƏSMİ + FOTO

"Azərbaycan Respublikasının  Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir”.

Oxu.Az xəbər verir ki, bu barədə oxuculardan birinin kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır sualına cavab olaraq, Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.

"Valyuta dəyişdikdə, mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir” - deyə, komitədən bildirilib.  

Komitədən verilən məlumata görə, kredit müqaviləsində ödənişin başqa formada hesablanması və ya ödənilməsini nəzərdə tutan maddə yoxdursa, kredit borcu mövcud olan məzənnə ilə qaytarılmalıdır:

"Göründüyü kimi kredit müqaviləsində ödənişin başqa formada hesablanması və ya ödənilməsini nəzərdə tutan maddə yoxdursa, dollarla götürülən kredit mövcud olan məzənnə ilə qaytarılmalıdır”.

Xatırladaq ki, müstəqil hüquqşünasların sözlərinə görə, bu cavabın özü belə konkret nəsə demir, yəni ziddiyyətlidir. 

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM