Müdir keçmiş işçisinin pulunu mənimsəyib? - GƏDƏBƏYDƏN ŞİKAYƏT

09:24 | 03.12.2021
Müdir keçmiş işçisinin pulunu mənimsəyib? - GƏDƏBƏYDƏN ŞİKAYƏT

Müdir keçmiş işçisinin pulunu mənimsəyib? - GƏDƏBƏYDƏN ŞİKAYƏT

Gədəbəy sakini Hüseyn Qənbərov Anews.az-a göndərdiyi şikayət məktubunda bildirib ki, Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov onun 1500 manatını mənimsəyib
 
"2018-ci ilin dekabrından 2020-ci ilin iyununa kimi Əkbər Kazımovun tabeçiliyində olan Gədəbəy Kommunal Müəssisələri Kombinatında baş mühəndis işləmişəm. Həmin dövrdə rayonda yol kənarındakı bardürlar rənglənməli  idi. Ona çəkilən boyalar rayon bazarlarında olmadığından axtarıb Gəncədən tapdım. Bu barədə Əkbər Kazımova bildirdim. Mənə dedi ki, al gətir, idarədə ödəyəcəm. Öz şəxsi pulumla 1500 manatlıq boya aldım. Artıq 2 ilə yaxındır müxtəlif bəhanələrlə pulumu ala bilmirəm", - deyə Hüseyn Qənbərov şikayət edir.
 
Onun sözlərinə görə, müdir tək ona deyil, digər işçilərə qarşı da qanunsuz davranır.
 
"DOST MMC-nin içşiləri formal olaraq Kommunal Müəssiləri Kombinatının tabeçiliyindədir. Bu tabeçilikdən süi-istifadə edən Əkbər Kazımov Gədəbəy Poladlı kəndində öz şəxsi evinin və biznes obyektinin tikintisində həmin şəxsləri  heç bir ödəniş etmədən usta və fəhlə kimi işlədir. Həmin tikintidə istifadə edilən texnikalar da Kommunal Müəssilər Kombinatına aiddir" - , deyə Qənbərov əlavə edib.

Məsələ ilə bağlı Əkbər Kazımov ilə əlaqə saxladıq. Məsələni izah etdikdən sonra telefonu söndürdü və növbəti cəhdlərdə də zənglərə cavab vermədi. Bizə cavab verəcəyi təqdirdə onun mövqeyini işıqlandırmağa hazırıq.

Şikayətçinin göndərdiyi Əkbər Kazımovun şəxsi ev və biznes obyekti  tikintisində DOST MMC-nin işçilərini və idarənin texnikalarını işlətdiyinə dair göndərdiyi videomaterialı təqdim edirik.

 

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb