“Kommunal xidmət sektoru özəlləşməlidir”

13:25 | 16.11.2013
“Kommunal xidmət sektoru özəlləşməlidir”

“Kommunal xidmət sektoru özəlləşməlidir”

2014-cü ilin büdcə müzakirələri zamanı millət vəkili Zahid Oruc kommunal xidmətlər göstərən ASC-lərin özəlləşdirilməsi təklifi ilə çıxış etdi. 

Modern.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramov deputatın təklifini dəstəkləyib. “İnkişaf etmiş ölkələrinin heç birində kommunal xidmətləri dövlət həyata keçirmir. Odur ki, bu sahənin özəlləşdirilməsi bu sahənin rentabelliyini artıracaq”.   

V. Bayramov qeyd edib ki, kommunal xərclərin artırılması həmin sahənin rentabelli işləməsinə şərait yaratmadı. “Əhaliyə göstərilən kommunal xidmətlərin artırılması əvəzinə həmin sahələrin idarəetməyə verilməsi daha məqsədəuyğun olar. Çünki dünya inkişaf etmiş ölkələrinin heç birində kommunal xidmətləri dövlət həyata keçirmir. Bu sahəni özəl şirkətlər həyata keçirir. Özəl şirkətlər həmin xidmətləri həyata keçirməklə məhz rentabelliyi təmin edir. Belə olan halda dövlət özəl şirkətlərə yalnız kommunal xidmətləri təqdim edir və tarifləri müəyyənləşdirdir. Həmin tariflər daxilində özəl şirkətlə kommunal xidmətlərin çatdırılmasını həyata keçirirlər”.

Özəlləşdirilmədən çox idarəetməyə üstünlük verdiyini deyən iqtisadçı bəzi hallarda  özəlləşdirmənin uğursuz olduğunu düşünür. “Ümumiyyətlə belə sahələrin özəlləşdirilmədən daha çox idarəetməyə verilmənin tərəfdarıyam. Çünki əksər hallarda subyektiv səbəblərdən özəlləşdirmə uğurlu olmur. İdarəetməni isə tender və ya başqa yollarla həyata keçirilə bilər. Məsələn, Azərbaycan mavi yanacağın satışı ilə bağlı qaz pulunu yığması dünyanın heç bir yerində yoxdur. Dövlət Neft Şirkətinin bir idarəsi olaraq mavi qazı bir satış şirkətinə satmalıdır. Həmin şirkət isə mavi yanacağı əhaliyə satmaqla qazın pulunu yığıb “Azəriqaz” üzrə aldığı pulu qaytarmalıdır. Bakı şəhərində verilən mavi yanacağın pulunun təxminən 70%-ini yığmalı olur. 30%-ini yığmaq mümkün deyil. Təbii ki, bu xidmətlər idarəetməyə verilərsə həmin faizlər də aşağı düşər, yığım göstəriciləri artar, itkilər azalar. İstər “Azəriqaz”, istərsə “Azərerenji” və s. idarəetməyə verilməsi daha məqsədəuyğundur. Həmin sahələrin idarəetməyə verilməsi bu sahələrin rentabelliyini də artırmış olacaq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb