• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin nəticələri və görüləcək tədbirlər müzakirə edilib

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin nəticələri və görüləcək tədbirlər müzakirə edilib
29.05.2020 09:28
Energetika Nazirliyində  "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2018-2019-cu illərdə icrası nəzərdə tutulmuş tədbirlər üzrə monitorinq və qiymətləndirmə sualları ilə bağlı müzakirələrin aparılması məqsədilə işçi qrupunun iclası keçirilib.  İşçi qrupunun sədri, nazir müavini Samir Vəliyev bildirib ki, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artımı onu göstərir ki, Strateji Yol Xəritəsinin icrası öz müsbət nəticələrini verir. Strateji yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası üçün bütün resursların mobilizasiya edilməsi ölkədə strateji idarəetmənin güclənməsinin göstəricisidir. 

Anews.az xəbər verir ki, iclasda Energetika Nazirliyi tərəfindən müvafiq təsdiqedici sənədlərlə birlikdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmiş kommunal xidmətlərin   inkişafına dair Strateji Yol Xəritəsi üzrə  2018-ci il ərzində görülmüş işlərə dair hesabatın əsas müddəaları və 2019-cu ildə qarşıda duran vəzifələr nəzərdən keçirilib.  

Bildirilib ki, həyata keçiriləcək tədbirlər nəticəsində Respublikada   kommunal xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi istehlakçı məmnunluğunun təmin olunmasına, eyni zamanda isehlakçı məsuliyyətinin artırılmasına müsbət təsir edəcək. Eyni zamanda ölkənin enerji və ekoloji təhlükəsizliyinin təminatı ilə bağlı mühüm irəliləyişlər əldə olunacaq, milli istehsal portfeli şaxələndiriləcək, ixrac potensialı artacaq və  yeni iş yerləri yaradılacaq ki, bu da kommunal xidmət sektorunun gücləndirilməsinə imkan verəcəkdir. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:15
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol