“Konqresdəki dinləmələrdə Azərbaycandan kimsə iştirak etməyəcək”

15:18 | 09.02.2015
“Konqresdəki dinləmələrdə Azərbaycandan kimsə iştirak etməyəcək”

“Konqresdəki dinləmələrdə Azərbaycandan kimsə iştirak etməyəcək”

"ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrdə iştirak etmək üçün  Azərbaycandan heç kim getməyəcək”.

 Bunu Modern.az-a açıqlamasında ABŞ-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə  ABŞ Konqresində bu həftə Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirərkən deyib.

Deputat konqresdə iştirak etmək üçün  xüsusi nümayəndə heyətinin ora yollanmasının planlaşdırılmadığını bildirib. 

"Əslində, Azərbaycandan kiminsə həmin tədbirə dəvət olunması barədə dəqiq məlumatım yoxdur. Sadəcə bilirəm ki, Bakıdan kimlərinsə ABŞ-a getməsi planlaşdırılmır. Eyni zamanda, Azərbaycanın ABŞ-da səfirliyi var. Təbii ki, Azərbaycan səfirliyinin iştirakı təmin oluncaq. Tədbirdə  çoxsahəli məsələlər müzakirə oluna bilər. ABŞ-Azərbaycan münasibətləri, təhlükəsizlik,  enerji və bir sıra məsələlər”.  

Qeyd edək ki, bu həftə ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirilməsi gözlənilir. Dinləmələr Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin xarici siyasət altkomitəsində olacaq.

"Turan”ın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, məruzəçilər sırasında ABŞ-ın Bakıdakı sabiq səfiri, Riçard Kozlariç, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz  institutunun eksperti Odri Olştad və başqaları olacaq.    

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM