Aprelin 3-də ABŞ Konqresinin üzvü Edi Bernis Conson (Eddie Bernice Johnson) Xocalı faciəsi ilə bağlı bəyanat verib.
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyindən ANN.az-a verilən məlumata görə, Konqres üzvü Conson Ermənistanın hələ də Xocalını işğal altında saxladığını və ümumiyyətlə, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu bəyan edib.
O, BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoyulmadığını qeyd edib.
Edi Bernis Conson Konqresdəki həmkarlarını Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməyə və münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə çağırıb.
Konqres üzvü Conson Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvüdür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !