28 yanvar 2014-cü il tarixində ABŞ konqresmeni Ed Pastor 20 Yanvar Faciəsinin 24-cü ildönümü ilə bağlı Konqresdə bəyanatla çıxış edib.
Konqresmen 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik qazanmaq əzmini qırmadığını və müstəqillik uğrunda mübarizənin 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndiyini qeyd edib.Konqresmen Pastor Azərbaycanın müstəqillik arzusunun həmişə xüsusi olduğunu bəyan edib və hələ 1918-ci ildə qurulan ilk müstəqil Azərbaycan Respublikasının qadınlara seçki hüququ verdiyini vurğulayıb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !