Konsert zamanı silahlı atışma - Ölənlər və yaralananlar var

17:44 | 20.01.2020
Konsert zamanı silahlı atışma - Ölənlər və yaralananlar var

Konsert zamanı silahlı atışma - Ölənlər və yaralananlar var

Konsert zamanı silahlı atışma - Ölənlər və yaralananlar var

Amerika Birləşmiş Ştatlarının Texas ştatında qanlı hadisə baş verib.

"Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, gecə klublarının birində keçirilən konsert zamanı baş verən atışmada iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Hadisə dünən axşam saatlarındabaş verib. 

"Klubda bir qrup şəxs arasında mübahisə düşdü. Bir nəfər silah çıxarıb, atəş açmağa başladı", - deyə şəhərin polisinin başçısı Uilyam Mak Manus bildirib.
O qeyd edib ki, hadisə nəticəsində bir nəfər hadisə yerindəcə ölüb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Atışmada ölən və yaralananların hamısı klubun daimi müştəriləri olub.

Polis hazırda cinayət yerindən qaçmağı bacaran şübhəli şəxsin axtarışındadır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM