85 yaşlı amerikalı Koreya Xalq Demokratik Respublikasında (KXDR) həbs edilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «The New York Times» qəzeti bu haqda xəbər yayıb.
Mənbə bildirib ki, Kaliforniya ştatının Palo Alto şəhərinin sakini Nyumen bir ay öncə KXDR-ə turist qrupu ilə Pekindən gedib. Oktyabrın 26-da Çindən uçan təyyarə Şimali Koreyaya enəndə o, hava limanında həbs olunub.
Həbsin səbəbi haqda məlumat verilməyib.
ABŞ-ın Pekindəki səfirliyinin təmsilçisi Nolan Barkhauz bildirib ki, «ABŞ vətəndaşının KXDR –də tutulmasından» xəbərdardırlar.
Mənbə xatırladıb ki, Nyumen 1950-53-cü illərdə Koreya savaşında ABŞ quru qoşunlarının zabiti kimi iştirak edib.
Rəsmi Pxenyan isə olayı nə təkzib, nə də təsdiqləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !