Buna səbəb KXDR-nın hərbi gəmilərinin Sarı dənizdəki sərhəd xəttini pozması olub
Cənubi Koreya gəmiləri Koreya Xalq Demokratik Respublikasının gəmilərinə atəş açıb.
ANN.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, buna səbəb KXDR-nın hərbi gəmilərinin Sarı dənizdəki sərhəd xəttini pozması olub. Cənubi Koreya Respublikasının Qərargah Rəisləri Birləşmiş Komitəsi faktla bağlı bəyanat yayıb.
"Gəmiləri geri çəkilməyə məcbur etmək üçün bizim hərbçilərimiz atəş açaraq onları xəbərdar ediblər. Ancaq onlar geri çəkilmək əvəzinə, əksinə cavab atəşi açdılar. Bundan sonra biz daha bir atəş açmağa məcbur olduq. Yalnız, bundan sonra qarşı tərəf geri çəkildi", -deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, hadisə barədə əlavə informasiya verilməyib. Atışma nəticəsində zərər çəkənlərin olması barədə məlumatlar dəqiqləşməyib.
ANN.Az