"Koroğlu"da COP-la bağlı istiqamət lövhələri hazırlanıb

"Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri hazırlanıb. Bunu Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov deyib.
www.anews.az
COP29-un əsas məkanı "Koroğlu” stansiyasına yaxın olduğundan ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərəcək. Əsas məqsəd müxtəlif nəqliyyat vasitələri, o cümlədən avtobus, taksi, fərdi avtomobillər və dəmiryolu xətti ilə gələn COP29 iştirakçıları və qonaqların "Koroğlu” stansiyasının keçidindən istifadə edərkən səmti düzgün müəyyən etməsinə yardımçı olmaqdır”, - o jurnalistlərə söyləyib.
COP29 beynəlxalq tədbiri noyabrın 11-22 Bakıda keçiriləcək.
Tədbir çərçivəsində bütün aiddiyatı qurumlar gücləndirilmiş iş rejimində çalışacaq.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 