Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurmaya səbəb qardaş ölkənin Demokrat, Doğru Yol və Mühəfizəkar Yüksəliş partiyalarının yarı gerçək, yarı əfsanəvi at olan Qıratın şəklini öz loqolarında istifadə etmək istəyi olub.
Loqonun üzərindəki at fiqurunun Qırat olmasını da hər üç partiya təsdiqləyib, bu da sonda məhkəməyə müraciətlə nəticələnib. Türkiyənin Konstitusiya Məhkəməsi də məsələyə tam ciddi yanaşaraq qəti qərar qəbul edib. Qərara görə, Qıratdan "istifadə” hüququ yalnız Demokrat Partiyasına verilib.
Digər iki partiyadan isə Qıratın şəklini loqolarından götürmələri tələb olunub. Buna səbəb loqodan ilk dəfə Demokrat Partiyasının istifadə etməsi olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !