Koronavirus Afrikaya gedib çatdı

23:50 | 14.02.2020
Koronavirus Afrikaya gedib çatdı

Koronavirus Afrikaya gedib çatdı

İndiyə qədər dünyanın 25 ölkəsində koronavirus qeydə alınmışdı. Bu dövlətlərin sırasına Misir də qoşulub.

Bizimyol.info xəbər verir ki, Afrikada koronavirus olması rəsmi təsdiqini tapıb. Misir hökuməti ölkədəki əcnəbilərdən birində bu virusu aşkarladıqlarını bəyan edib.
Hələ bir neçə gün əvvəl Rusiyada koronavirusun Afrikaya gedib çıxdığından danışmağa başlamışdılar. Qonşu ölkə mətbuatı bu haqda yazırdı. Amma Afrikanın heç bir ölkəsi məsuliyyəti üzərinə götürmək istəmirdi.
Dünyada 64 mindən çox insanın koronavirusa görə pnevmoniyadan əziyyət çəkdiyi bildirilir. Həmin adamların böyük əksəri Çində yaşayır. İkinci yerdə 256 pasiyentlə Yaponiya gəlir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb