Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür — STATİSTİKA

23:42 | 31.03.2020
Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür — STATİSTİKA

Koronavirus ən çox bu xəstəliklərdən əziyyət çəkənləri öldürür — STATİSTİKA

İtaliyada koronavirusa yoluxanlar və ölənlərlə bağlı hesabat hazırlanıb.
Anews.az redaktor.az-a istinadən bildirir ki, hesabatda ölüm nisbəti, yoluxanların yaşı, yoluxma səbəbləri və digər məqamlar öz əksini tapıb. Məlumata görə, ölkədə koronavirusa yoluxanların 55,7%-i kişidir.
Ölkədə koronavirusdan ölüm nisbəti artıb və 10,6-ya çatıb.

Koronavirusdan ölən 10 min 26 nəfərin 95%-nin yaşı 60-dan çoxdur. Cəmi 0,02% isə 20-29 yaş arasında olan şəxslərdir.

Xəstəlikdən sağalmanın ən az olduğu ehtimal 80 və daha artıq yaşda olan insanlardır.
Koronavirusdan dünyasını dəyişənlərdən 73,5%-də hipertansiyon qeydə alınıb. Diabet və ürək çatışmazlığından əziyyət çəkənlər də xəstəliyin əsas qurbanları hesab olunurlar.
Ölənlərin arasında hər hansı xəstəliyi olmayanlar 2,1% təşkil edir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM